Qartal Tikinti Firmasında Məhəbbət Kazımovun anım mərasimi keçirilmişdir. Mərasimə Məhəbbət Kazımovun ailə üzvləri və sənət yoldaşları iştirak etmişlər.
Sumqayıt Dövlət Dram Teatrında “Qartal” tikinti firmasının dəstəyi ilə “Dünya TV” tərəfindən hazırlanmış “Cəsarətin sultanı” filminin təqdimat mərasimi keçirilib.
Sənədli film cəsur döyüşçü, Qarabağ və Əfqanıstan müharibəsi veteranı, Azərbaycan Bayrağı Ordenli polkovnik-leytenant Soltan Bəndəliyevin döyüş yoluna həsr olunub.
Tədbbiri giriş sözü ilə açan Qartal Tikinti Firmasının direktoru, filmin prodüseri belə filmlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində önəmli rol oynadığını qeyd etdi
Novruz bayramı ərəfəsində 250 nəfər Sumqayıt sakini olan Qarabağ əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları və əmək veteranlarına Novruz ziyafəti verilmiş, onalara ərzaq paketi paylanmış, Bakıdan çağırılmış tanınmış müğənnilər və incəsənət ustalarının – Məhəbbət Kazımov, Yusif Mustafayev, Günel Almazova, Arif Quliyev, Ramiz Məmmədov və s. iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Qartal Tikinti Firması öz təşəbbüsü ilə firmanın maliyyə vəsaiti hesabına Laçın rayon Mərkəzi Xəstəxanasının Malıbəy kənd tibb məntəqəsi üçün bina tikintisini həyata keçirmişdir.
Araz FM-də yayımlanan Tikə–Tikə rubrikasının sponsoru Qartal Tikinti Firmasıdır.