Qartal Tikinti Firmasının uğurunu onun peşəkar işçi komandasının olması təşkil edir. Firmanın rəhbərliyi firmanın kadr siyasətini qurarkən personalın peşəkarlığının daim artmasına, öz işində ən qabaqcıl texnologiyalardan istifadə etməsinə hər zaman üstünlük verir. Personalın əsas hissəsini bilavasitə inşaat mütəxəssisləri, radioquraşdırma işləri üzrə mütəxəssislər, hündürlükdə işləyən quraşdırıcılar, həmçinin müxtəlif layihələrin idarə olunması və icrası ilə məşğul olan işçi heyəti təşkil edir.
Hal-hazırda çətinlik dərəcəsindən asılı olmayaraq müxtəlif layihələri uğurla həyata keçirə bilən ixtisaslaşmış komanda formalaşdırılmışdır. Firma rəhbərliyi hər bir əməkdaşın öz intellektual və peşəkar potensialının tam şəkildə realizasiya edə bilməsi üçün çalışır. Biz başa düşürük ki, yalnız birgə komanda və yüksək peşəkarlıq firmamıza bazardakı gərgin rəqabət şəraitində uğur gətirə bilər. Odur ki, bütün əməkdaşlarımızdan yüksək mənəviyyat və peşəkarlığa malik olmaqla öz işinə rəğbət, hər zaman yüksək etik normalara uyğunluq nümayiş etdirməsini tələb edirik.
Firmanın “sağlamlıq və təhlükəsizlik” strategiyasına uyğun olaraq yerinə yetirdiyimiz layihələrdə işlərin təhlükəsiz, insanlara və ətraf mühitə zərər vurmamaqla yerinə yetirilməsinə də çox önəm veririk.
Biz şirkətimizin qarşısına qoyduğu böyük hədəflərə nail olmaq və yeni uğurlar qazanmaq üçün savadlı və bacarıqlı kadrlar axtarırıq.