azen +994 12 447 93 87 Baz ert - Cümə 09:00 - 18:00 Azərbaycan Az-5011, Sumqayıt şəh., 48 məh.,
Lisenziyalı
FƏALİYYƏT
Keyfiyyətli
TİKİNTİ
Operativ
XİDMƏT
Prezentasiya

FİRMANIN LİSENZİYA VƏ SERTİFİKATLARI

Ümumiyyətlə Qartal Tikinti Firması Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərən və düzgün, keyfiyyətli işləyən bir firma imicini qazanmışdır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan Dövləti və Beynəlxalq qurumlar tərəfindən firmaya aşağıdakı lisenziyalar və sertifikatlar verilmişdir. Bu lisenziyalar Qartal Tikinti Firmasının maddi texniki bazasının, sınaq cihazlarının və ixtisaslı kadrlarının dövlət standardlarına uyğun olması və işlərin keyfiyyətlə yerinə yetirilməsi səbəbindən verilmişdir. Hazırda qüvvədə olan lisenziya və sertifikatlar aşağıdakılardır :

Verilmə tarixi: 22 Fevral 2016-cı il; Qüvvədə olma müddəti: Müddətsiz, Azərbaycan Bakı şəhəri

1. TİKİNTİ-QURAŞDIRMA LİSENZİYASI

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Qartal Tikinti Firmasına Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti – quraşdırma işlərini həyata keçirilməsinə xüsusi icazə – lisenziya verilmişdir.

Verilmə tarixi: 22 Fevral 2016-cı il; Qüvvədə olma müddəti: Müddətsiz, Azərbaycan Bakı şəhəri

2. LAYİHƏLƏNDİRMƏ LİSENZİYASI

İqtisadiyyat Nazirliyi tərəfindən Qartal Tikinti Firmasına Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirmə işlərini həyata keçirilməsinə xüsusi icazə – lisenziya verilmişdir.

Sertifikatın son revizya tarixi 12 Mart 2018-ci il; Qüvvədə olma müddəti: 12 Mart 2021-ci ilədək, Azərbaycan Bakı şəhəri

3. TƏLİM-TƏDRİS MƏRKƏZİNİN AKKREDİTASİYA ATTESTATI.

Qartal Tikinti Firması firmanın nəzdnində özünün Təlim-Tədris Mərkəzini yaratmışdır və Azərbaycan Qanunvericiliyinin tələblərinə uyğun olaraq mərkəz Azərbaycan Respublikası Standardlaşdırma ,Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya olunmuşdur.Qartal Tikinti Firmasının 65 m və daha hündür bina və qurğularının tikinti-quraşdırma işləri üzrə lisenziyası və bu attestat Qartal Tikinti Firmasına qanuni hüquq verir ki, Qartal Tikinti Firmasi öz işçilərinə və kənar təşkilatlara aşağıdakı ixtisaslar üzrə təlim keçib müvafiq sertikat versin və bu sertifikatlaşmış işçiləri layihələr üzrə müvafiq işlərə cəlb edə bilsin:
1. Hündürlükdə montaj və quraşdırma işləri
2. Əriyən örtüklü elektrodla əl ilə qövs qaynağı

Sertifikatın son revizya tarixi 10 May 2016-ci il; Qüvvədə olma müddəti: 10 May 2018-ci ilədək, Amerika Birləşmiş Ştatları

4. KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİNİN TSE EN İSO 9001:2008 BEYNƏLXALQ SERTİFİKATI

İQNet Beynəlxalq Sertifikatlaşdırma Şəbəkəsi tərəfindən 2009-cu ildə Qartal Tikinti Firması Keyfiyyətin İdarə Edilməsinin TSE EN İSO 9001:2008 Beynəlxalq Sertifikatı verilmişdir. Sertifikatın qeydiyyat nomresi TR-KY-5393-08/09-R; Sertifikatın son revizya tarixi 10 May 2016-ci il; Qüvvədə olma müddəti: 10 May 2018-ci ilədək, Amerika Birləşmiş Ştatları (müddətinin uzadılması üçün Türk Standardları İnstitutu tərəfindən yoxlama aparılmış və tövsiyyə verilmişdir)

Verilmə tarixi: 04 mart 2010-ci il, Almanya Münxen şəhəri

5. MÜKƏMMƏL PROFESİONAL TREYNİNQ SERTİFİKATI

Almanyanın Buyern İnternational şirkəti Qartal Tikinti Firmasının direktoru Məmmədov Şahinə Mükəmməl Profesional Treyninq Sertifikatı verilmişdir.