azen +994 12 447 93 87 Baz ert - Cümə 09:00 - 18:00 Azərbaycan Az-5011, Sumqayıt şəh., 48 məh.,
Lisenziyalı
FƏALİYYƏT
Keyfiyyətli
TİKİNTİ
Operativ
XİDMƏT
Prezentasiya
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi
Lisenziya və Sertifikatları
Hədəflərimiz

Qartal Tikinti Firması

Hündürlükdə işlər, telekommunikasiya  obyektlərinin tikintisi və xüsusi  təyinatlı  obyektlərin tikintisi  üzrə Qartal  Tikinti Firmasi Azərbaycan inşaat bazarında lider  firmadır. Firmanin əsas məqsədi  tikdiyi  obyektləri müasir beynəlxalq  və  yerli  standardlara  uyğun keyfiyyətlə  tikmək, tikdiyi obyektlərin memarlıq həllində əsas stil tikilən  obyektlərdə çalışanlar üçün işgüzar atmosfer yaratmaq, gələnlərə xoş əhval-ruhiyyə aşılamaq, komfort və rahatlığı təmin etməkdir.

Azərbaycan Dövləti və Beynəlxalq qurumlar tərəfindən firmaya müxtəlif lisenziyalar və sertifikatlar verilmişdir

Qartal Tikinti Firmasının əsas fəaliyyət növü xüsusi təyinatlı obyektlərin, hərbi obyektlərin telekommunikasiya obyektlərinin tikintisi və radio quraşdırma işləri ixtisaslaşıb. Əsəsən aşağıdakı xidmətləri yerinə yetirir:

Fəaliyyət sahələri

Xüsusi təyinatlı vacib dövlət obyektlərinin tikintisi

Qartal Tikinti Firmasının xüsusi təyinatlı vacib dövlət obyektlərinin tikintisində böyük təcrübəsi vardır. Lakin məxfilik baxımından ətraflı məlumat qeyd edilmir.

Hərbi obyektlərin tikintisi

Qartal Tikinti Firmasının hərbi obyektlərinin tikintisində böyük təcrübəsi vardır. Lakin məxfilik baxımından ətraflı məlumat qeyd edilmir.

Mobil rabitə şəbəkəsinin baza stansiyalarının tikintisi

Qüllə, konteyner, elektrik təchizatı və digər infrastukturunun təchizatı və quraşdırılması Qartal Tikinti Firması tərəfindən həyata keçirilir

Radar avadanlıqlarının təchizatı və radar izləmə sistemlərinin və radar saytlarının infrastrukturunun tikintisi.

Qartal Tİkinti Firmasının radar mütəxəssisləri Danimarkanın Terma və Furuno şirkətlərində müxtəlif treyninqlərdə iştirak etmişlər və müfafiq sertifikatlar almışlar.

Bağçaların, məktəblərin və digər sosial təyinatlı obyektlərin tikintisi.

Qartal Tikinti Firması bağçaların, məktəblərin və digər sosiyal təyinatlı obyektlərin tikintisi zamanı maddi-texniki təchizata dair vahid normaların, ümumi sanitariya-gigiyena tələblərinin, şagird yerləri ilə təminat normativlərini əsas götürür.

Ofislərin, villaların, ticarət obyektlərinin tikintisi.

Ofis, villa, ev, bina və ticarət mərkəzlərinin tikintisi, təmiri və dizaynı Qartal Tikinti Firması tərəfindən yerinə yetirilir.

Layihələr

Aşağıda Qartal Tikinti Firmasının davam etməkdə olan və yekunlaşdırılmış layihələrinin bir qismi əlavə edilmişdir.

İnsan Resursları

Qartal Tikinti Firmasının uğurunu onun peşəkar işçi komandasının olması təşkil edir. Firmanın rəhbərliyi firmanın kadr siyasətini qurarkən personalın peşəkarlığının daim artmasına, öz işində ən qabaqcıl texnologiyalardan istifadə etməsinə hər zaman üstünlük verir. Personalın əsas hissəsini bilavasitə inşaat mütəxəssisləri, radioquraşdırma işləri üzrə mütəxəssislər, hündürlükdə işləyən quraşdırıcılar, həmçinin müxtəlif layihələrin idarə olunması və icrası ilə məşğul olan işçi heyəti təşkil edir.

Qartal Tikinti Firması və personalı haqqında

Şifarişçi rəyləri

  • BP-nin SCPX layihəsindəki böyük roluna görə Qartal komandasına təşəkkürümü bildirirəm. SCPX layihəsindəki işləri və idarəetməni bir neçə ay ərzində yaxından nəzarət edirik və nəticələrdən çox məmnunuq.

    Colin Douglas
    İnformasiya Texnologiyaları və xidmətlər (IT&S) GPO IT&S Şah Dəniz 2 /SCPX