Hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi üzrə Qartal Tikinti Firmasi Azərbaycan inşaat bazarında lider firmadır. Firmanin əsas məqsədi tikdiyi obyektləri müasir beynəlxalq və yerli standardlara uyğun keyfiyyətlə tikmək, tikdiyi obyektlərin memarlıq həllində əsas stil tikilən obyektlərdə çalışanlar üçün işgüzar atmosfer yaratmaq, gələnlərə xoş əhval-ruhiyyə aşılamaq, komfort və rahatlığı təmin etməkdir.
Məğrurluq və ucalıq rəmzini daşıyan Qartal Tikinti Firması yüksək yer tutmaq üçün yaradıcılıq əzmi ilə çalışır. Bu əzmkarlıq məntiqi təsdiqini firmanın fəaliyyətində tapmışdır. Firma işçilərinin gərgin əməyi nəticəsində Azərbaycanda və respublikadan kanarda tikdiyi modern obyektlərin və müasir texnolojı qurğuların sayı ildən ilə artır. Firmanın əsas iş stili daim yeniliklər axtarmaq, verilən sözə, kontraktın şərtlərinə yaradıcılıqla əməl etməkdir. Düzgünlük, təmizik və işgüzarlıq firmanın hər bir işçisinin amalıdır. Bu strategiya Qartal Tikinti Firmasının müvəffəqiyyətini təmin edir. Firma daim irəliyə doğru gedir. Tikdiyi hündür qüllələr kimi firma da yüksəlir. Bu yüksəlişi bacarığı, gücü və amalı ilə təsdiqləyir. Qartal Tikinti Firması ilə iş qursanız etibarlı tərəfdaş taparaq, bacarıqlı və işgüzar kollektivin xidmətindən istifadə etmiş olarsınız.
Hörmətlə,
Qartal Tikinti Firması
Şahin Məmmədiov
Firmanın Direktoru