Qartal Tikinti Firmasının Direktoru, laçınlı tanınmış iş adamı, xeyriyyəçi Şahin Məmmədovun şəxsi təşəbbüsü və vəsaiti hesabına tikilən yeni bina, müasir tələblərə uyğun olmaqla yüksək zövq və dizaynla inşa edilib.laçınlı məcburi köçkünlərə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə Taxta körpü ərazisindəki obalardan birində müasir tipli tibb məntəqəsi üçün bina inşa edilməsi ilə bağlı Şahin Məmmədovun təşəbbüsü və bu məqsədlə Laçın Rayon İcra Hakimiyyətinə müraciəti rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanaraq dəstəklənmişdir.