azen +994 12 585 11 56 Baz ert - Cümə 09:00 - 18:00 Azərbaycan Az-5011, Sumqayıt şəh., 48 məh.,
Lisenziyalı
FƏALİYYƏT
Keyfiyyətli
TİKİNTİ
Operativ
XİDMƏT
Prezentasiya

Vergilər Nazirliyi Qartal Tikinti Firmasına “Şəffaf vergi partnyorluğu statusu” Sertifikatı vermişdir.

VERGİLƏR NAZİRLİYİ QARTAL TİKİNTİ FİRMASINA "ŞƏFFAF VERGİ PARTNYORLUĞU STATUSU" SERTİFİKATINI VERMİŞDİR

 

Vergilər Nazirliyi Azərbaycan Respublikasının  Prezidentinin  “2016-ci ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında”  4 avqust 2016-ci il tarixli Sərəncamına  əsasən  məhdud  sayda  şirkətlərə “Şəffaf vergi partnyorluğu statusu”nu vermişdir, o cümlədən də Qartal Tikinti Firmasına 09.02.2017-ci il tarixdən  etibarən “Şəffaf vergi partnyorluğu statusu”nu vermişdir. Bu  o deməkdir  ki, Vergilər Nazirliyi  Qartal Tikinti Firmasının fəaliyyətini analiz  edib və  firmanın nümunəvi vergiödəyicisi olduğunu təsdiq etmişdir, bununla da Qartal Tikinti Firmasına  vergi  orqanları  ilə  münasibətdə  Yaşıl Dəhliz prinsipi vermişdir.       

Qanunvericilikdə  edilmiş  dəyişikliklərə  əsasən  yalnız  aşağıda  qeyd  olunan  iqtisadi meyarlara  cavab verən  şirkətlər  şəffaf vergi  partnyorluğu əsasında  işləyən  vergiödəyicisi kimi təsnif edilə bilər:

  1. vergiləri tam həcmdə və vaxtında ödəyən;
  2. vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən;
  3. fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət sahəsinə uyğun olaraq işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslərin sayını və onlar üzrə müəyyən olunan əmək haqlarını düzgün bəyan edən;
  4. mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan;
  5. gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən;
  6. saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməyən;
  7. son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan (bəraətverici əsaslarla icraatına xitam verilmiş cinayət işləri istisna olmaqla).

“Şəffaf vergi partnyorluğu statusu”nu  saxlamaq  məqsədilə, Qartal Tikinti Firması  qanunvericiliyin tələblərinə əməl etməyə və şəffaf  vergi ödəmə  siyasətinə  gələcəkdə də davam edəcəkdir.