azen +994 12 585 11 56 Baz ert - Cümə 09:00 - 18:00 Azərbaycan Az-5011, Sumqayıt şəh., 48 məh.,
Lisenziyalı
FƏALİYYƏT
Keyfiyyətli
TİKİNTİ
Operativ
XİDMƏT
Prezentasiya

ŞAHİN MƏMMƏDOV TƏRCÜMEYİ HAL

Şahin İdris oğlu Məmmədov

Mən,  Məmmədov Şahin İdris oğlu 25 Noyabr 1958-ci ildə Laçın rayonunun Pircahan kəndində ziyalı ailəsində anadan olmuşam. Laçın rayonu Pircahan kənd orta məktəbində orta təhsilimi 1976-cı ildə başa vurduqdan sonra, elə həmin il Azərbaycan Mühəndis İnşaat İnstitutuna qəbul olub, 1981-ci ildə Sənaye və mülki tikinti ixtisası üzrə inşaatçı mühəndis peşəsinə yiyələnmişəm.

Ali təhsilimi başa vurduqdan sonra təyinatla Məşədi Əzizbəyov adına Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyində əmək fəaliyyətimə başlamışam. Bu müəssisədə Birliyin baş memarı, Raykom hüquqlu Birlik Komsomol Komitəsinin katibi, Tikinti şöbəsinin rəisi, Material təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışam.

Gənclik illərimdə fəal komsomol işi ilə məşğul olmuşam. Orta məktəb Komsomol təşkilatının katibi, Azərbaycan İnşaat  Mühəndislər İnstitutunun İnşaat fakultəsinin Komsomol komitəsinin katibi, Brejnev şəhərində Sovet ordusu sıralarında xidmət zamanı hərbi hissənin raykom hüquqlu komsomol komitəsinin katibi, həmçinin, raykom hüquqlu Sumqayıt Kimya sənayesi istehsalat birliyi komsomol komitəsinin katibi vəzifələrində işləmişəm.

Azərbaycanda ilk dəfə və SSRİ-də 1-cilər sırasında tikilən ilk “Gənclik Yaşayış Kompleksinin” rəhbəri və təşəbbüskarı olmuşam.

22.11.1988- 06. 06.1990-cı illərdə Bakı şəhərində Mənzil Kommunal Təsərrüfatı Nazirliyində Abşeron texniki inventarlaşma bürosunda  2-ci dərəcəli mühəndisi kimi çalışmışam.

1990-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru, 25.09.1993-cü ildən indiyə qədər 100% Şahin Məmmədova  məxsus Qartal Tikinti Firmasının Direktoru vəzifəsində çalışıram.

Rəhbərlik etdiyim Qartal Tikinti Firması Azərbaycan xalqı və dövləti üçün çox önəmli olan layihələrin tikintisini yerinə yetirir. Rəhbəri  olduğum Qartal Tikinti Firması telekommunikasiya və hərbi obyektlərin tikintisi üzrə Azərbaycan bazarında lider firmalardan  biridir. Qabaqcıl dünya və Avropa telekommunikasiya şirkətlərinin partnyorudur. Qartal Tikinti Firmasının beynəlxalq, həmçinin İSO 9001:2008 keyfiyyətin idarəolunmasına dair sertifikatları vardır. Firma həmçinin Azərbaycan Respublikası İcra orqanları tərəfindən verilmiş  tikinti  və  layihələndirmə  işləri  üzrə  müvafiq  lisenziyalarına malikdir.

Aldığım mükafatlardan aşağıdakıları sadalayıram:

  1. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixli Sərəncamına  əsasən Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətlərimə  görə Fəxri Diplomla təltif  olunmuşam
  2. SSRİ, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqi mərkəzi komitəsinin fəxri fərmanı ilə təltif olunmuşam. 
  3. Brejnev şəhəri, indiki Rusiya  Federasiyasının Nabrejnie Çelnı şəhərinin fəxri kitabına adım salınmışdır.
  4. Avropa keyfiyyəti mükafatı laureatı adına layiq görülmüşəm