az +994 12 447 93 87 Baz ert - Cümə 09:00 - 18:00 Azərbaycan Az-5011, Sumqayıt şəh., 48 məh.,
Lisenziyalı
FƏALİYYƏT
Keyfiyyətli
TİKİNTİ
Operativ
XİDMƏT
Prezentasiya

STRATEGİYA VƏ MƏQSƏDLƏR

YÜKSƏK ZÖVQLƏ, KEYFİYYƏTLƏ TİKİRİK!

Hündürlükdə işlər, telekommunikasiya  obyektlərinin tikintisi və xüsusi  təyinatlı  obyektlərin tikintisi  üzrə Qartal  Tikinti Firmasi Azərbaycan inşaat bazarında lider  firmadır. Firmanin əsas məqsədi  tikdiyi  obyektləri müasir beynəlxalq  və  yerli  standardlara  uyğun keyfiyyətlə  tikmək, tikdiyi obyektlərin memarlıq həllində əsas stil tikilən  obyektlərdə çalışanlar üçün işgüzar atmosfer yaratmaq, gələnlərə xoş əhval-ruhiyyə aşılamaq, komfort və rahatlığı təmin etməkdir.

Məğrurluq və ucalıq rəmzini daşıyan Qartal Tikinti Firması yüksək yer tutmaq üçün yaradıcılıq əzmi ilə çalışır. Bu əzmkarlıq məntiqi təsdiqini firmanın fəaliyyətində tapmışdır. Firma işçilərinin gərgin əməyi nəticəsində Azərbaycanda və respublikadan kanarda tikdiyi modern obyektlərin və müasir texnolojı qurğuların sayı ildən ilə artır. Firmanın  əsas iş stili daim yeniliklər axtarmaq, verilən sözə, kontraktın şərtlərinə yaradıcılıqla əməl etməkdir. Düzgünlük, təmizik və işgüzarlıq firmanın hər bir işçisinin amalıdır. Bu  strategiya  Qartal Tikinti Firmasının  müvəffəqiyyətini təmin edir. Firma daim irəliyə doğru gedir. Tikdiyi hündür qüllələr kimi firma da yüksəlir. Bu yüksəlişi bacarığı, gücü və amalı ilə təsdiqləyir. Qartal Tikinti Firması ilə iş qursanız etibarlı tərəfdaş taparaq, bacarıqlı və işgüzar kollektivin xidmətindən istifadə etmiş olarsınız.

Hörmətlə,

Qartal Tikinti Firması

Şahin Məmmədiov

Firmanın Direktoru