az +994 12 447 93 87 Baz ert - Cümə 09:00 - 18:00 Azərbaycan Az-5011, Sumqayıt şəh., 48 məh.,
Lisenziyalı
FƏALİYYƏT
Keyfiyyətli
TİKİNTİ
Operativ
XİDMƏT
Prezentasiya

HSO-NİN KEYFİYYƏT SİYASƏTİ

Qartal Tikinti Firmasında Personalın sertifikatlaşdırılması ilə əlaqədar Sertifikatlaşdırma Orqanının Keyfiyyətin İdarəolunmasına dair ƏSAS SİYASƏTİ

1. Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyndə təhlükəsizlik, ekologiya və keyfiyyətlə bağlı tələbləri sözsüz yerinə yetirmək və təlim prosesində bu tələbləri təlim alan şəxslərə izah etmək
2. AZS ISO/IEC 17024:2014 və İSO 9001:2015 standartlarının, o cümlədən də beynəlxalq və yerli standartların tələblərinə uyğun olaraq keyfiyyət və təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasına müsbət təsir edən fəaliyyətləri daim inkişaf etdirmək və müasir texnologiyanin nəaliyyətlərindən yararlanmaqla onların yeniləşməsinə çalışmaq
3. Təlim prosesi zamanı firma tərəfindən aparılan bütün işlər elə planlaşıdırılır ki, insanların təhlükəsizliyinə, sağlamlığına, ətraf mühitə və avadanlıqlara zərər toxundurmadan meydana çıxa biləcək təhlükələrə, qəzalara və keyfiyyətə təsir göstərə biləcək bütün amillər minimuma endirilsin.
4. Personalın dəyərləndirilməsi, sertifikatlaşdırma prosesi dəqiq qərəzsiz, tərəfsiz aparılsın. Dəyərləndirmə və ya sertifikatlaşdırma prosesi zamanı heç bir qohumluq, vəzifə, tərəfdaşlıq vəs. əlaqələrə istinadən ayrıseçkilik və ya güzəştlər yol verilməzdir.
5. Peronalların dəyərləndirilməsi, imtahan keçirilməsi və sertifikatlaşma prosesində iştirak edən məsul şəxslər istənilən xidməti münasibətlərdə etik dəyərlərə bağlı olaraq, etibarlılıq və məsuliyyətlə hərəkət edər, əlaqədar şəxslərdən və tabeliyində işləyən işçilərdən maraqların toqquşmasının önləmək üçün fərdi qaydada öhdəlik alır.
6. Sertifikatlaşdırma prosesi şəffaf şəkildə təşkil edilsin və sertifikatlaşdırılmış şəxslərin ixtisas üzrə inkişafı izlənilsin
7. Keyfiyyət və təhlükəsizlik sistemlərinin daimi inkişafı ilə əlaqədar işçi personalın təhsili və maarifləndirilməsi üçün lazım olan bütün imkanlardan (seminarlar, kurslar, inkişaf etmiş firmalarla təcrübə mübadiləsi, internet, standartlaşma institutları ilə əlaqə və digər informasiya vasitələri) maksimum istifadə edilsin
8. Müştərilərin məmnuniyyətinin daimi monitorinqi həyata keçirilərək, aparılan dəyərləndirmələrə əsasən yaxşılaşdırma tədbirləri həyata keçirilsin
9. Heyətin sertifikatlaşdırma orqanı təlim-tədris prosesi üçün əldə etdiyi məlumatların gizliliyini qoruyar və bunu öhdəlik olaraq qəbul edir. Bu gizlilik prinsipi Heyətin Sertifikatlaşdırma Orqanı adına hərəkət edən bütün şəxsləri əhatə edir.
Firmanın direktoru
Ş.İ.Məmmədov