Qartal Tikinti Firmasının Təlim-Tədris Mərkəzi personalın imtahan və sertifikatlaşdırma orqanı olaraq, yerinə yetirəcəyi bütün fəaliyyətində qərarları və fəaliyyətinə təsir edə biləcək istənilən növ ticari, maliyyə, inzibati və digər təzyiqlərdən uzaq və tərəfsiz xidmət göstərəcəkdir və bütün tərəflərdən müstəqil, aslı olmadan davranacaqdır.
1. Personalın sertifikatlaşdırılma qərarlarının müstəqil qəbul edilməsinə heç bir təsir göstərməyəcəyini
2. Personalın sertifikatlaşdırılması üçün yerinə yetirilən fəaliyyətlər zamanı tərəfsizliyin əhəmiyyətinin bütün tərəflərin anlamasını, maraqların toqquşması yarana biləcək məsələlərin müəyyənləşdirilərək idarəolunması və bu zaman tərəfsizliyin qorunmasına zəmanət verilməsini
3. İmtahan Dəyərləndiriciləri, İmtahan nəzarətçiləri, Qərarverici komitə üzvlərinin hər imtahan iştirakçıları ilə bağlı verdikləri qərarları ilə aldıqları əməkhaqqı arasında heç bir əlaqə olmamasını
4. Yerinə yetirdiyi bütün fəaliyyətləri mövcud qanunvericilik və standardlarda müəyyən edilmiş texniki qaydalar çərçivəsində, dost, əməkdaş, tanış, qohum və ya yoldaş kimi ayrıseçkilik etmədən , tərəfsizlik prinsipinə əməl edərək ən qısa zamanda tamamlamasını
5. Personalın sertifikatlaşdırma xidmətini AZS İSO/İEC 17024:2014 standardının tələblərinə uyğun və sertifikatlaşdırma orqanının fəaliyyət sahəsinə aid digər bütün standard və Akkreditasiya Mərkəzinin müəyyən etdiyi qaydalara müvafiq olaraq, heyətin sertifikatlaşdırılması işlərinin bütün məsuliyyətini öhdəsinə götürərək icra edəcəyini və bu cür xidmət analyışından heç bir kompromislə vaz keçməyəcəyini
6. Heyətin sertifikatlaşdırma fəaliyyətini yetərlilik, tərəfsizlik, müstəqillik və doğruluq prinsipləri ilə namizədlərin/müraciətedənlərin, hüquqi orqanların və ya təşkilatların ehtiyacına uyğun həyata keçirəcəyini
7. Heyətin Sertifikatlaşdırma orqanının idarəetmə heyətinin və işçi personalının hər cür inzibati, ticari, maliyyə və texniki, daxili və xarici təzyiqlərdən uzaq olduğunu və bü cür münasibət və ya əlaqələrdən uzaq tutulacağını
8. Heyətin sertifikatlaşdırılması xidmətlərini təhlükəyə atacaq heç bir fəaliyyətə girməyəcəyinə, personalın sertifikatlaşdırma prosedurlarını Qartal Tikinti Firmasının xaricindəki şəxslər, təşkilatlar tərəfindən imtahanlara və imtahan nəticələrinə müdaxilə edilməyəcək şəkildə həyata keçiriləcəyini, lazımi maddi, texnoloji və insan qaynağının davamlılığını təmin edəcəyini
9. Namizədlərə/Müraciət edən şəxslərə/Hüquqi təşkilatlara/ Sifarişçilərə aid məxfi məlumatların, imtahan nəticələri və haqqlarının qorunacağını, personalın inamsızlıq yaradan hər hansı bir fəaliyyətinin qarşısı dərhal alınacağını, AZS İSO/İEC 17024:2014 standartı və əlaqədar beynəlxalq standartlarda müəyyən edilmiş minimum sertifikatlaşdırma şərtlərinin icrasını təmin edəcəyini
10. Tərəfsiz/qərəzsiz davranacağını, heyətin sertifikatlaşdırılmasında tərəfsizliyin əhəmiyyətinin bu işə cəlb olunmuş hər kəs tərəfindən anlaşıldığını, maraqların toqquşmasının idarəolunmasını, sertifikatlaşdırma orqanının idarəetmə forması, təşkilati strukturu, keyfiyyət siyasəti, planlaşdırılan təlimlər və şirkət daxili bəzi fəliyyətlərlə zəmanət altına aldığını və fəaliyyətlərinin obyektivliyinin təmin ediləcəyini
11. Heyətin sertifikatlaşdırma xidmətini AZS İSO/İEC 17024:2014 standartının, Azərbaycan Akkreditasiya Mərkəzinin rəhbər sənədlərinin çərçivəsində əksiksiz bir şəkildə yerinə yetirəcəyini
Bəyan edir və öhdəsinə götürür.
Qartal Tikinti Firması Heyətin Sertifikatlaşdırma Orqanı
Şahin Məmmədov Rafiq Cabbarov
Firmanın Direktoru HSO rəhbəri